İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti ləğv edilməlidir” - SON DƏQİQƏ AÇIQLAMALARI

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.

Bu ləğvetmələr, müvafiq sahələrin birbaşa dövlətin mərkəzi qurumlarına tabe etdirilməsi işin xeyrinədirmi? Vasif Talıbovun yaratdığı daha hansı qurumların ləğvi gözləniləndir?

FEREC.jpg (176 KB)

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a bildirib ki, istər qaz xidməti sahəsi, istər elektrik enerjisi xidməti sahəsi strateji sahələrdir və orada həyata keçirilən məlum dəyişiklik işin xeyrinədir:

“Hesab edirəm ki, Naxçıvandakı bütün qurumların ardıcıl olaraq birbaşa dövlətə tabe etdirilməsi prosesi davam edilməlidir. Yəni paralel qurumlara ehtiyac yoxdur. Ciddi islahatlar aparılmalıdır, Naxçıvan Ali Məclisinin özü belə islahatlar çərçivəsində ləğv edilməlidir. Naxçıvan Ali Məclisi artıq bir qurumdur.

Eləcə də Naxçıvan Nazirlər Kabineti lazımsız qurumdur. Bəzən deyəndə ki, Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti ləğv olunmalıdır, bunu Naxçıvanın muxtariyyəti ilə əlaqələndirirlər və iddia edirlər ki, bu fikirlər muxtariyyətə qarşıdır. Halbuki, bizim dediyimiz məsələnin Naxçıvanın muxtariyyətinə heç bir dəxli yoxdur. Naxçıvanın muxtariyyəti Qars və və Moskva müqaviləsi ilə müəyyənləşib. Bizim adını çəkdiyim qurumların ləğvi ilə bağlı dediklərimiz isə idarəetmə sisteminə aiddir. Prezidentin xüsusi nümayəndəliyi idarəetmə institutu tətbiq olunur. İdarəetmə bu instituta verilməlidir”.

F.Quliyev hesab edir ki, Naxçıvanda bəzi rayonlar ləğv olunmalı və qonşu rayona birləşdirilməlidir:

“Naxçıvanda cəmi 2-3 kənddən ibarət rayon mövcuddur. Buna nə ehtiyac var? Məncə, yoxdur. Naxçıvanda çoxsaylı kiçik qurumların olması həm bürokratik əngəllər meydana çıxarır, həm də vəsait itkisinə gətirir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR