İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ən böyük bazarlardan biri yanır

Moskvadakı Sergiyev Posad bazarında güclü yanğın başlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb.  Rusiya Fövqəladə Hallar Nazirliyinin Max messenger tətbiqində verdiyi məlumata görə, yanğın 3000 kvadrat metr sahəni əhatə edir: "Sergiyev Posadda 1-ci Rıbnaya küçəsindəki bazardakı pərakəndə satış pavilyonları yanır. Yanğın 3000 kvadrat metr sahəni əhatə edib. Yüksək yanğınsöndürmə yükü yanğınsöndürmə işlərinə mane olur".

İlkin məlumatlara görə, itki yoxdur.

Nazirlik əlavə edib ki, hadisə yerinə 57 mütəxəssis və 18 texnika yönəldilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR