İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni saxlanıldı - ANBAAN VİDEO

Türkiyənin məşhur müğənnisi Yusuf Güney bu səhər nəzarətə alınıb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, o, Seyrantepe Təlim və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. İfadəsini verdikdən sonra Güney qan və saç nümunələri üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılacaq.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən 18 dekabrda başladılan narkotik istintaqı çərçivəsində Yusuf Güney ünvanında tapılmadığı üçün onun haqqında həbs qərarı verilmişdi.

Narkotik istintaqı çərçivəsində model Şevval Şahin, sosial media fenomeni Şeyma Subaşı və təşkilatçı Mert Vidinli üçün də həbs qərarı verilib.

Musavat.com Yusuf Güneyin saxlanma anının görüntülərini təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR