İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyorun qızı oteldə ölü tapıldı

Amerikalı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb.

Musavat.com xəbər verir ki, məlumatı TMZ portalı yayıb. Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini 1 yanvar səhər tezdən San Fransisko otelində aşkar ediblər.

Polis portala bildirib ki, polislər Viktoriyanın cəsədinin tapılması barədə məlumatı aldıqdan sonra səhər saat 4:00 radələrində (Moskva vaxtı ilə təxminən saat 15:00) otelə gəliblər.

Hadisə yerinə məhkəmə eksperti gəlib, araşdırma başlayıb. Ölüm səbəbi hələ də məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR