İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır  

Rusiyada bütün məktəblilər üçün pilotsuz uçuş aparatlarının (PUA) yığılması və idarə olunması bacarıqları məktəb proqramına daxil edilir.

Musavat.com xəbər verir ki, bu bacarıqlar “Vətənin təhlükəsizliyinin əsasları və müdafiəsi” fənni çərçivəsində tədris olunacaq.

Rəsmi sənədlərə əsasən, məktəb kabinetləri üçün təsdiqlənmiş avadanlıq siyahısına yalnız hərbi ləvazimatlar və silah maketləri deyil, eyni zamanda dronların hazırlanması və pilotajı üçün xüsusi komplektlər də daxildir. Bu isə tədrisin sırf nəzəri yox, praktik xarakter daşıyacağını göstərir.

PUA-larla bağlı ayrıca bölmədə dron-konstruktorlar, trenajorlar və proqram-texniki komplekslərin istifadəsi nəzərdə tutulur. Məqsəd şagirdlərə erkən yaşlardan pilotsuz sistemlərin qurulması və idarə olunması üzrə ilkin vərdişlər qazandırmaqdır.

Beləliklə, Rusiyada gələcək hərbi texnologiyalara yiyələnmiş kadrların hazırlanmasına artıq məktəb partasından başlanıldığı açıq şəkildə görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR