İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron özünü Yeni Kaledoniyaya yetirdi, etirazçılar ona “yanğın törədən yanğınsöndürən” dedi - VİDEO, FOTO

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya gəlib.

Musavat.com “The Guardian”a istinadla xəbər verir ki, Makron Yeni Kaledoniyanın paytaxtı Noumeadan təxminən 50 km uzaqlıqda yerləşən La Tontouta beynəlxalq hava limanına gəldikdən sonra jurnalistlərə qısaca danışaraq deyib:

“Mənim arzum nazirlərim və hökumətimlə birlikdə hökumətin yanında olmaqdır. İnsanların sülhə, əmin-amanlığa və təhlükəsizliyə qayıtmasını ən qısa zamanda görəcəyik”.

Emmanuel Makron 6 nəfərin ölümü ilə nəticələnən, bir həftədən çox davam edən iğtişaşlardan sonra gərginliyi sakitləşdirmək üçün Sakit okean ərazisinə təcili gəlişindən sonra Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada lazım olduğu müddətcə qalacağını da söyləyib.

MAKA.jpeg (143 KB)

Makron on minlərlə yerli olmayan sakinlərə səsvermə hüququ verəcək konstitusiya dəyişiklikləri ilə bağlı qəzəbdən qaynaqlanan iğtişaşlarla bağlı səhifəni çevirmək məqsədi ilə gəldiyini bildirib. Yerli liderlər bu dəyişikliyin Kanak səsverməsini zəiflədəcəyindən və müstəqilliyi təmin etmək üçün çoxdankı səylərə zərbə vuracağından qorxurlar.

BAYRA YENİ.jpg (241 KB)

“Yaxın saatlarda və günlərdə zərurət olduqda yeni əməliyyatlar təyin olunacaq və başqa seçim olmadığı üçün respublika nizamı bütövlükdə bərpa olunacaq”, - deyə Makron yerli liderlərlə görüşü zamanı bildirib.

Bu, açıq-aydın zorakılığa dair mesaj sayıla bilər.

Bununla belə, Makronun səfəri yerli siyasətçilər arasında qarışıq reaksiyalara səbəb olub.

“Bu, bir səhnəcikdir. Format düzgün deyil”, - Kaledoniya İttifaqının müstəqillik lideri və onun qanunverici orqanı olan Yeni Kaledoniya Konqresinin prezidenti Roch Vamytan bildirib.

“Bizim verdiyimiz sual odur ki, konstitusiyaya yenidən baxılması üçün hazırlanan layihə geri götürüləcəkmi?”, - o əlavə edib.

“Budur, yanğınsöndürən odu yandırdıqdan sonra gəlir!”, - Yeni Kaledoniya Milli Azadlıq Cəbhəsi və Sosialist Cəbhəsindən Jimmy Naouna Makronun səfəri xəbərlərinə cavab olaraq “X” platformasında yazıb.

Etirazçı fəal, barrikadalarda dayanan Mayk “The Guardian”ın müxbirinə deyib: “Parlament onun əleyhinə çıxmağa başlayır. Makron ona görə də gəlib. Bu islahat aradan qaldırılmalıdır. Bu qanun getməlidir. Əgər biz burada, Kanakidə sülh istəyiriksə, onu aradan qaldırmaq lazımdır”.

Köməkçilərin sözlərinə görə, Makronun əvvəlcədən düşünülmüş planı yoxdur və bütün tərəflərlə iğtişaşlardan sonra yenidənqurma, eləcə də siyasət haqqında danışacaq, lakin çətin ki, hər hansı mühüm qərar verməyə tələssin.

MAKİS.jpeg (249 KB)

Bir müxbirin 12 saatlıq səfərin kifayət münaqişələri aradan qaldırmağa yetib - yetməyəcəyini soruşduqda, Makron belə cavab verdi: “Görəcəyik. Mənim tələsən yerim yoxdur”.

Yerli siyasətçi və müstəqillik əleyhdarı lider Virginie Ruffenach, dövlətin "bu fəlakətli vəziyyətdə oynamalı olduğu mühüm rolu və çoxlu köməyi olduğunu" söyləyib.

Əhalinin böyük bir hissəsi, siyasi müstəvidə, liderlərinə qarşı artan etimadsızlıq hiss edir.

40 yaşlı bir Kaledoniyalı deyir: “Biz bura müstəqillik tərəfdarı olub-olmamasından asılı olmayaraq siyasətçilərə görə gəldik”. “Bizi oyubcaq kimi qəbul edirlər. Danışıqlar masasına qayıtmalıyıq deyirlər, bəs bu masa haradadır?”

270,000 əhalisi olan Sakit okean ölkəsinin ərazisi mayın 13-dən bəri qarışıqlıq içərisindədir və son 40 ilin ən pis zorakılığını yaşayır.

KALAN.jpg (327 KB)

Dövlət ittihamçısı Yves Dupasın dediyinə görə, cəmi bir həftə ərzində iğtişaşçılar tərəfindən törədilən yanğınlar nəticəsində 400-ə yaxın ictimai bina, müəssisə, mağaza və ev məhv olub.

Yollara ciddi ziyan dəyib, Yeni Kaledoniyanın bəzi hissələrinə giriş və səyahət çətinləşib. Noumeyanı Tontouta beynəlxalq hava limanı ilə birləşdirən əsas yol zədələnib və blokadaya alınıb. Bir çox ikinci dərəcəli yollar, xüsusən də əsas xəstəxanaya aparan yollar təhlükəsiz deyil.

Zədələnmiş yollar əhalinin ərzaq, yanacaq və digər mallarla təmin olunmasına mane olub. Sakinlər zəruri malları almaq üçün bir neçə saat gözləməli olurdular və əşyalar paylanırdı. Bankların bağlanması və bir çox bankomatların dağıdılması geniş istifadə olunan nağd pulun əldə edilməsini çətinləşdirib.

Guardian-a danışan sakinlər hədəf alına biləcəyindən qorxaraq adlarının açıqlanmasını istəməyiblər.

Musavat.com xatırladır ki, Fransanın dənizaşırı ərazisində, Sakit okeanda yerləşən Yeni Kaledoniya adasında müstəqillik uğurunda mübarizə davam edir. Günlərdir ki, müstəqillik tərəfdarları itaətsizlik aksiyası keçirir.

Fransa Daxili işlır naziri və digər yetkililər bir xalqın müstəmləkəçilikdən qurtulma çabasını Azərbaycan dövlətinə bağlamağa çalışırlar. Onlar iddia edirlər ki, Bakıdan 17 saatlıq bir məsafədə olan Yeni Kaledoniyadakı etirazları Azərbaycan dövləti təşkil edib və qızışdırır.

Fransa hakimiyyəti illərlə apardığı siyasətlə adada etnik tərkibi dəyişib. Yelisey sarayının aradığı konstitusiya islahatlarına görə, yerlilər etnik azlıq halına düşüblər. Paris oranı 1853-cü ildə müstəmləkə elan edib, adadan həbsxana kimi istifadə edib. Ora 20 mindən çox məhbus göndərib.

İndi Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun da 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Razılaşmalarda həmçinin adanın gələcəyini müəyyən etmək üçün üç referendumun keçirilməsi nəzərdə tutulurdu. Sonuncu belə plebisit 2021-ci ilin sonunda baş tutdu - və hər üç halda yerli sakinlər Fransadan müstəqilliyə qarşı çıxdılar.

Eyni zamanda, 2018 və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə etmiş, üçüncü dəfə isə müstəqilliyi dəstəkləyən partiyalar hakimiyyətin təxirə salmaq istəmədiyi üçün səsverməni boykot etmək qərarına gəldilər. Üçüncü referendum koronavirus pandemiyası dövründə keçirilib.

Yeni Kaledoniya Fransadan əhəmiyyətli dərəcədə muxtariyyətə malikdir. Ancaq müdafiə və təhsil kimi məsələlərdə Parisdən çox asılıdır.

KALAN SON.jpg (309 KB)

Yeni Kaledoniyada son etiraz aksiyaları Fransa parlamentinin yerli qanunvericilik məclisinə seçkilərin prosedurunu dəyişdirən qanunu qəbul etdikdən sonra başlayıb. Düzəlişlərə əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ veriləcək. Bu isə adanın yerli əhalisini, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar.

Bununla da adanın hər beş seçicindən biri 2024-cü ildə səsvermə hüququnu itirəcək. Yeni qanun qəbul olunarsa, seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın Fransadan müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, islahat onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər. Adada yaranmış etnik vəziyyətə əsasən, Fransa orada keçirəcəyi mümkün istənilən ümumxalq səsverməsi kampaniyasında qalib gələcək.

Emmanuel Makronun səfərindən öncə adaya 2,7 mindən çox xüsusi təyinatlı polis və jandarm göndərilib. Arxipelaqda daimi 1,5 min hərbçi xidmət edir. Onların da sayının artırılması nəzərdən keçirilir.

KANAK.jpg (141 KB)

Hüquqları tapdanan yeni kaledoniyalıların etiraz aksiyaları davam edir. Məlumatlara əsasən, polislə dinc nümayişçilər arasında toqquşmanın olub. Fransanın daxili işlər naziri Jerald Darmanin aksiyaçıları ittiham edərək bildirib ki, yerli sakinlər paytaxt Numeda dükanları sındırıb, hökumət binalarını yandırıblar, yüzlərlə adam, o cümlədən yüzə yaxın polis yaralanıb.

Makronun arxipelaqa səfəri 1958-ci ilin oktyabrında Fransanın ovaxtkı baş naziri Şarl de Qollun Əlcəzairə səfərini xatırladır. Onda de Qoll Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparanlara təslim olmağı təklif etmişdi. Ancaq onlar təslim olmamışdılar. 1959-cu ildə üsyançılar çox böyük itkilər vermişdi. De Qollun dövründə Fransa ordusu təşəbbüsü ələ keçirmişdi. Bununla belə o, prezident olduqdan sonra da Əlcəzarinin azadlığı uğrunda mübarizə aparan cəbhə yolundan dönmədi...

Yazının orijinalı BURADA 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR