İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımla bağlı ŞOK İDDİA

Britaniyalı hərbi ekspertlərə görə, Krımda yaranan vəziyyət Rusiya üçün həm hərbi, həm də siyasi baxımdan ciddi problemlər yaradır.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Hərbi ekspert Həmiş de Bretton-Qordon hesab edir ki, uzun illər Kremlin ən böyük siyasi uğurlarından biri sayılan Krım artıq Rusiyanın ən həssas nöqtəsinə çevrilməkdədir.

Müəllif bildirir ki, Krımda fövqəladə vəziyyət rejiminin tətbiqi yarımadada vəziyyətin ciddiliyinin rəsmi etirafı olub. Məqalədə yanacaq qıtlığı, elektrik enerjisinin kəsilməsi, yarımadanı tərk etmək istəyənlərin sayının artması və Rusiyanın Krımdan təhlükəsiz hərbi-logistika mərkəzi kimi istifadə imkanlarının zəifləməsi qeyd edilir.

Ekspertin fikrincə, Ukraynanın Krım və Rusiyanın digər ərazilərinə endirdiyi zərbələr Kremlin üzərində təzyiqi artırır və cənub istiqamətindəki Rusiya qüvvələrinin təchizatını çətinləşdirir.

Məqalədə Moskvanın artıq nə paytaxtı, nə də böyük siyasi və simvolik əhəmiyyət daşıyan Krımı tam şəkildə qoruya bildiyi vurğulanır.

"Krım Kremlin yüksəlişinin simvollarından biri idi. İndi isə onun zəifləməsinin rəmzinə çevrilə bilər", - deyə müəllif qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2026

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR