İnsanlara hürriyət, millətlərə istiqlal!

Könüllülər koalisiyası yanvarın əvvəlində toplaşacaq – Makron

Fransa prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasının keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə X hesabında yazıb: "Hər birinin konkret töhfəsini yekunlaşdırmaq üçün yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası" ölkələrini toplayacağıq".

Makron qeyd edib ki, o və digər Avropa liderləri, eləcə də ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski sülhün bərqərar olması üçün Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı irəliləyiş əldə edirlər.

Qeyd edək ki, 26 dekabrda Financial Times qəzeti adı çəkilməyən bir Avropa rəsmisinə istinadən "könüllülər koalisiyası"na daxil olan ölkələrin Ukraynadakı münaqişənin həlli üçün yanvar ayında yeni danışıqlar raundu keçirmək niyyətində olduqlarını bildirib

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR