İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərim Məsimovu əfv etmək istəmirlər

Qazaxıstanda dövlətə xəyanətdə və hakimiyyəti ələ keçirməyə cəhddə təqsirli bilinən sabiq Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov barəsində əfv fərmanından imtina edilməsi tövsiyə olunub.

Musavat.com yerli mediaya istinala xəbər verir ki, bu barədə ölkənin Əfv Komissiyasının sədri, parlamentin deputatı Marat Başimov bildirib.

“Komissiyanın son iclasında əfvlə bağlı bəzi materiallara ilkin baxış olub. Cəza müddətini iki il azaltmaqla bağlı bəzi müsbət tövsiyələr nəzərə alınır. Jurnalistlərin Məsimovun əfv olunması ilə bağlı məsələlərə baxılması ilə bağlı suallarına cavab olaraq komissiya onun rədd edilməsini tövsiyə edib”, - Başimov Facebook-da yazıb.

Xatırladaq ki, 2022-ci il yanvarın 6-da Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi dövlətə xəyanətlə bağlı ibtidai istintaqa başlayıb. Kərim Məsimov və onun bir neçə müavini saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.

Astana cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin 24 aprel 2023-cü il tarixli hökmü ilə K.Məsimov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Kərim Məsimov və onun keçmiş müavinləri Anuar Sadıkulov və Daulet Erqojin rəsmən terrora sponsorluq etməkdə ittiham olunublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR