İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.

Qeyd edək ki, Seyidəhməd Nurayev bundan əvvəl də Bakı Alayında xidmət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR