İnsanlara hürriyət, millətlərə istiqlal!

Karabaşlı müəllimin filmi Oskar mükafatını necə qazandı...

Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Karabaş şəhərindən olan müəllimi Pavel Talankinin rejissorluğu ilə çəkilmiş "Cənab Heç Kim Putinə qarşı" filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatı qazanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, film Ukraynanın işğalından sonra bir rus məktəbinin hekayəsindən bəhs edir. Talankin müəllim-təşkilatçı kimi çalışıb və məktəb tədbirlərini lentə alıb.

İki il ərzində o, məktəbdəki toplantıları, görüşləri və digər tədbirləri sənədləşdirib. 2024-cü ilin yayında Talankin Rusiyanı tərk edib. O, film üzərində amerikalı rejissor Devid Borenşteyn ilə işləyib.

Mükafatı alarkən Talankin deyib: "Artıq dörd ildir ki, biz ulduzlu səmaya baxırıq və ən vacib arzumuzu edirik. Amma elə ölkələr var ki, göydən ulduzlar deyil, raketlər və dronlar düşür. Gələcək naminə, uşaqların naminə bütün müharibələri dayandırın".

Fevralın sonlarında Rusiya Prezidenti yanında İnsan hüquqları şurasının filmlə bağlı Amerika Kino Akademiyasına qarşı şikayət hazırladığı məlum olmuşdu. Şura iddia edirdi ki, Talankin uşaqları "gizli şəkildə çəkib" və lent yazılarını xaricə ötürüb. Rejissor özü iddia edir ki, çəkilişlər məktəb rəhbərliyinin əmri ilə açıq şəkildə aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR