İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada məşhur repçi konsertdən sonra döyülüb

Məşhur repçi Rik Ross Kanadanın Vankuver şəhərində konsert verdikdən sonra döyülüb.

Məlumata görə, hadisə Rossun son vaxtlar repçi Dreyklə münaqişəsi səbəbindən baş verib. Bundan əlavə, Rik Rossun konserti zamanı Kendrik Lamarın Dreyki tənqid etdiyi "Not Like Us" mahnısı səsləndirilməsi də onların xoşuna gəlməyib.

Dreykə ünvanlanan təhqirlərdən qəzəblənən kanadalılar Rossa yaxınlaşıblar. Qəzəbli azarkeşlərdən biri Rossu yumruqla vurub və münaqişə əlbəyaxa döyüşə çevrilib. Reperin mühafizəçilərindən biri bir neçə nəfərin hücumuna məruz qalıb və sənətçini müşayiət edən komanda üzvlərindən biri huşunu itirib.

2024-cü ilin əvvəlində Rik Ross və Dreyk bir-birinə qarşı hücumlar mübadiləsi aparmağa başladılar. Xüsusən də, Ross rəqibini "şirin Dreyk" adlandırıb, burnuna əməliyyat etdirdiyini və qaradərili olmadığını bildirib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR