İnsanlara hürriyət, millətlərə istiqlal!

İTV “Alatava” ilə bağlı QƏRAR verdi: Bundan sonra...

İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı qısa zamanda sevilən ekran işinə çevrilsə də, onun əleyhinə çıxanlar da oldu. Buna səbəb isə aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin yalnız “Youtube” üzərində açıq şəkildə tez-tez istifadə edilməsidir. 

Mövzu ilə bağlı İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirib. Toplantıda “Alatava” və “Gündəlik” serilları da geniş şəkildə müzakirə edilib.

Bu barədə Yenisabah.az-a danışan İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət müzakirələrin nəticəsini açıqlayıb.

O bildirib ki, müzakirələr zamanı serialda vulqar ifadələrin işlədilməsi məqbul sayılmayıb və bununla bağlı tədbir görüləcək:

“İclasın nəticəsini ümumiləşdirərək demək istəyirəm ki, vulqar ifadələrin yayımlanması məqbul sayılmadı, ona görə də İctimai Televiziya sosial media üzərindən yayımla bağlı müəyyən dəyişikliklər edəcək. Bu haqda iclasda fikir səsləndirildi. Serial çəkilib, onun dəyişdirilməsi imkanı yoxdur, amma efirə, eyni zamanda, “YouTube” kanalı üzərindən təqdimata müəyyən korrektələr ediləcək. Bu da elə olacaq ki, həm serial özü zərər görməsin, həm də səviyyə qoruna bilsin”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

BÜTÜN XƏBƏRLƏR