Onlayn ictimai-siyasi qəzet
İsrailin şimal bölgələrində hava hücumu siqnalları işə düşüb.
Musavat.com xəbər verir ki, ölkənin şimal şəhərlərində və yaşayış məntəqələrində sirenalar səslənib. Yerli mənbələrin bildirdiyinə görə, təhlükə xəbərdarlığı mümkün raket və ya pilotsuz uçuş aparatlarının hücumu ehtimalı ilə əlaqələndirilir.
Hazırda hadisənin detalları dəqiqləşdirilir. İsrail ordusu əhaliyə sığınacaqlara çəkilmək və rəsmi göstərişlərə əməl etmək çağırışı edib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Musavat.com

05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ