İnsanlara hürriyət, millətlərə istiqlal!

Hoteldən çəkilən bu görüntü gündəmi ÇALXALADI - VİDEO

Türkiyənin Mardin vilayətinin Midyat rayonunda fəaliyyət göstərən bir hotelin xarici turistlər üçün hazırladığı "damda gecələmə" konsepti sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musavat.com bildirir ki, sosial mediada yayılan görüntülərdə turistlərin böyük ağcaqanad toru ilə tam əhatə olunmuş çarpayılarda gecələdiyi görünür.

Paylaşımda "Sadəcə terrasda yatarkən" qeydi də yer alıb.

Bəzi sosial media istifadəçiləri bu yanaşmanın bölgənin ənənəvi açıq hava mədəniyyətinə uyğun gəlmədiyini bildirərək tənqid ediblər. Digərləri isə turistləri həşəratlardan və əqrəblərdən qorumaq baxımından bu layihəni təhlükəsiz və uğurlu turizm təşəbbüsü kimi qiymətləndiriblər.

Midyatda yay aylarında evlərin damında yatmaq uzun illərdir davam edən ənənələrdən biridir. Bölgə sakinləri isti havalarda sərinləmək üçün gecələr damlarda istirahət edirlər. Bu yerli adət artıq turizm məhsuluna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR