Onlayn ictimai-siyasi qəzet
HƏMAS hərəkatı silahsızlaşdırılacağı təqdirdə gələn il Qəzza zolağında yeni bir hökumətin qurulması mümkündür.
Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu "Fox News"a verdiyi müsahibədə bildirib:
"Əgər HƏMAS silahsızlaşdırılarsa, Qəzzada yeni bir hökumət mümkündür. Əgər HƏMAS silahlı qüvvələrə sahib olmağa davam edərsə, potensial yeni bir hökumət Fələstində fəaliyyət göstərə bilməyəcək. Əgər beynəlxalq güc və ya başqa vasitələrlə HƏMAS-ı silahsızlaşdırsaq, bəli, mən Qəzzanın fərqli bir gələcəyini görürəm. Bu addım hələ atılmalıdır".
Netanyahu iddia edib ki, hamı bunu başa düşür: "Düşünürəm ki, HƏMAS bunu başa düşür. Və buna görə də onlar bunu etmək istəmirlər. Məsələ HƏMAS ilə danışıqlar aparmaq deyil".
İsrail baş nazirinin fikrincə, Fələstin hərəkatı "yox olmalıdır": "Bilirsiniz, bunu ən çox kim istəyir? Qəzza xalqı".
Onun versiyasına görə, HƏMAS-ın "hələ də təxminən 20.000 nəfəri var və onlar əsasən Kalaşnikov avtomatları ilə silahlanıblar, onlar vaxtaşırı olaraq zülmlərinin davam etməsini istəməyən hər kəsi edam etmək üçün bu avtomatlardan istifadə edirlər".
Netanyahu bildirib ki, HƏMAS üzvləri “çoxlu fələstinlini öldürüblər". Onun sözlərinə görə, HƏMAS-ın "yalnız 60.000 Kalaşnikov avtomatı": "Tərksilahın mahiyyəti budur - bu avtomatları onlardan almaq".
O, həmçinin hərəkatın istifadə etdiyi tunellərin məhv edilməli olduğunu bildirib: "HƏMAS bunu etməkdən imtina edir".
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ