Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarında Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən genişmiqyaslı əməliyyatlar zamanı məşhur aparıcı Hasan Can Kaya və sosial media fenomeni, sənət aləmində daha çox “Reynmen” ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş saxlanılıb.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, əməliyyat çərçivəsində bir çox ünvana eyni anda basqınlar təşkil edilib.
Saxlanılan şəxslər barəsində “narkotik maddə istifadə etmək və əldə etmək” kimi cinayət ittihamları irəli sürülüb və əməliyyat yüzlərlə polis əməkdaşının iştirakı ilə reallaşdırılıb.
Əməliyyat zamanı həmçinin rəqəmsal materiallar, müxtəlif elektron sübutlar və digər izlər ələ keçirilib. Qeyd olunur ki, saxlanılanlar arasında yalnız Hasan Can Kaya və Yusuf Aktaş deyil, bir sıra digər tanınmış sosial media fenomenləri və məşhur şəxslər də yer alır.
Xalidə Gəray,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ