Onlayn ictimai-siyasi qəzet
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
Musavat.com xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" hesabında paylaşım edib.
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” - o qeyd edib.
Musavat.com
19 Sentyabr 2026
04:42 Dırnaqdakı bu dəyişikliklər təhlükəli xəstəliyin əlaməti ola bilər — Mütəxəssisdən xəbərdarlıq
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ