İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli milli fəal həbs edilib - FOTO

Bu gün səhər saatlarında səkkizə yaxın mülki geyimli hökumət muzdlusu Güney Azərbaycan Milli Hərəkatının fəalı Səyyad (Ovçu) Məhəmmədianın Kərəc şəhərindəki şəxsi evinə basqın edərək həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən onun evi vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunub.

Qeyd edilib ki, hələlik milli fəalın həbsinin səbəbi və hara aparılması bəlli deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR