İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 sammiti Trampın ad gününə görə təxirə salındı: Ağ Evdə UFC döyüşü

Fransa “Böyük yeddilik” (G7) sammitinin tarixlərini dəyişib.

Musavat.com xəbər verir ki, buna səbəb görüşün 14 iyuna — Donald Trampın ad gününə və həmin gün Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turnirinə təsadüf etməsi olub.

Məlumata əsasən, sammitin idman şousu ilə üst-üstə düşməməsi üçün tədbirin vaxtı irəli çəkilib. Nəticədə G7 liderlərinin görüşü 15–17 iyun tarixlərində Fransanın Evi-an-le-Ben şəhərində keçiriləcək.

Qeyd olunur ki, qeyri-adi səbəblə tarix dəyişikliyi diplomatik kulislərdə diqqət çəkib və G7 kimi ciddi siyasi platformanın ABŞ daxili gündəliyindən təsirlənməsi xüsusi müzakirələrə yol açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR