İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.

“Report” xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb.

Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. Lakin 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb.

Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, oyunda yekun hesabı 90+4-cü dəqiqədə Əl Müsrati təyin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR