Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Musavat.com bildirir ki, bu barədə Oxu.Az-a sənətkarın köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:
"Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb".
Xatırladaq ki, Xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.
20 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ