Onlayn ictimai-siyasi qəzet
Ankara Avropa İttifaqı ilə münasibətlərdə siyasi iradənin yenidən formalaşmasını gözləyir.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyanın "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib.
Fidan qeyd edib ki, Türkiyə hələ də Aİ-yə üzv olmaq istəyir və bu mövzu təxirəsalınmaz şəkildə müzakirə olunmalıdır.
Onun sözlərinə görə, Avropadan gələn tənqidlərin böyük qismi subyektiv xarakter daşıyır və real geosiyasi şərtləri əks etdirmir.
Nazir vurğulayıb ki, Türkiyə-Aİ əməkdaşlığının genişlənməsi həm regional təhlükəsizlik, həm də Avropanın strateji maraqları üçün vacibdir.
Musavat.com
21 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ