Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İrana qarşı zərbələri bərpa etməsinə baxmayaraq, dünya neft bazarında qiymətlər düşür.
Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neft 1,11 dollar dəyər itirməklə 89,63 dollara, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 0,8 dollar ucuzlaşmaqla 83,6 dollara ticarət olunur.
Bu azalmanın ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini dəyişməyərək 3,5-3,75 dərəcədə saxlaması ilə bağlı olduğu bildirilir. FED-in yeni rəhbəri inflyasiya proseslərinin sürətlənməsini təhdid kimi qeyd edərək, ona qarşı mübarizə aparılacağını bəyan edib. Bu isə ilin sonunadək FED-in yenidən əsas uçot dərəcəsini artırmaq xəttinə keçməsi ehtimalını artırır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ