Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.
Musavat.com xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan parlamentdə büdcə layihəsinə həsr olunmuş çıxışı zamanı deyib.
“Bizə deyirlər ki, niyə borc 8 milyard dollara çatdı, bu vəsaitlə nə etmişik? Demək istəmirdim, amma deyəcəm, silah aldıq. Kredit vəsaiti hesabına? Bəli, kredit hesabına, çünki dərhal çoxlu silaha ehtiyac var idi”, - o deyib.
Paşinyan həmçinin borcun bir hissəsinin COVID-19 pandemiyasını aradan qaldırmaq üçün istifadə edildiyini də xatırladıb.
Musavat.com
21 Iyul 2026
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ