Onlayn ictimai-siyasi qəzet
“Nvidia” şirkətinin texnologiyalarından istifadə edərək məlumatların emalı mərkəzinin (TCOD) istifadəyə verilməsi sayəsində Ermənistan süni intellekt (Sİ - Aİ) üçün Amerika infrastrukturunun mərkəzlərindən birinə çevrilir.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, avqust ayında Amerika startapı “Firebird” İrəvandan 45 km məsafədə yerləşən Razdan şəhərində məlumat mərkəzini istifadəyə verib. Gələn ilin sonuna qədər obyektin gücünün 300 MVt-a çatacağı və texniki bazasının ABŞ-nin Nvidia şirkətinin 70 mindən çox qabaqcıl çipindən ibarət olacağı gözlənilir. Həmçinin qeyd olunur ki, mərkəzin resurslarının 20%-i ölkənin daxili ehtiyacları üçün ayrılıb, qalan 80%-i isə xarici şirkətlərə icarəyə veriləcək. “Firebird” startapı bildirib ki, Hrazdandakı məlumat mərkəzi regionda və Avropada ən böyük hesablama klasterlərindən birinə çevrilə bilər.
Bir müddət əvvəl "The Wall Street Journal" qəzeti Vaşinqtonun “Nvidia” süni intellekt çiplərinin tədarükündən diplomatik vasitə kimi istifadə etdiyini bildirmişdi. Nəşrin məlumatına görə, Amerika tərəfi gözləyirdi ki, İrəvana ABŞ ilə sıx iqtisadi əlaqələr təklif olunarsa, Bakı ilə sülh yolu ilə razılaşmaya daha çox hazır olacaq və bunun bir hissəsi yüksək texnologiyalı çiplərin ixracına icazə veriləcək.
Həmçinin ABŞ şirkətlərin son illərdə Ermənistanla əlaqələrinin intensivləşməsi bu kiçik Qafqaz ölkəsinin Rusiyadan asılılığını azaltmaq, zamanla onu "rus ayı"sının pəncəsindən xilas etmək niyyəti daşıyır.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ