İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifətinə hansı tapşırıq verilib...

Əslində qorxulu bir şey baş vermir, Dağlıq Qarabağ prosesi çox ləng şəkildə olsa da, irəliləyir. Brüssel danışıqlarının önəmi həm də ondadır ki, onlar Avropa İttifaqının çətiri altında baş verir. Avropa İttifaqı isə Avropanın ən nüfuzlu instiutudur və bizim indiyədək öyrəşdiyimiz Minsk Qrupu onunla heç müqayisəyə belə gəlməz. Ona görə də bu danışıqların fonunda kiminsə ağlına belə gəlmir ki, Minsk Qrupu üçün nostalji keçirsin, çünki Avropanın və ABŞ-ın özü danışıqları diqqətlə izləyir və ona böyük önəm verirlər – bu vaxtadək Minsk Qrupu fonunda ən çox suyu bulandıran Fransa belə Brüssel danışıqlarını ciddi şəkildə izləyir və onlara böyük önəm verir.

Amma proses çox gərgin tonda gedir. Ermənistanda etirazlar səngimək bilmir, etirazçı müxalifət gündə bir hoqqa çıxarmağa cəhd edir.

Biz sözlərdən əlavə etirazların həm də təsvirlərinə də diqqət yetiririk ki, onların kəmiyyəti haqqında təsəvvür əldə edək.

Etiraf edək ki, bizdə bu kəmiyyət haqqındakı təsəvvürlər elə də böyük deyil – böyük ehtimalla bunlar kiçik mobil qruplardır. İnsanların əksəriyyəti onlara dəstək vermir, hətta mümkün üsullarla bu etirazlara mane olmağa çalışırlar. Ona görə də düşünmürük ki, etirazlar ciddi siyasi nəticələrə gətirib çıxarsın. Həm də güman ki, onların qarşısında hələ belə vəzifə də qoyulmayıb.

Bunu ona görə qeyd edirik ki, Ermənistanın müxalifəti də Rusiyaya bağlı siyasi qüvvələrdir. Həm də onlar ciddi siyasi qüvvələr olsaydı, sonuncu parlament seçkilərində dəstək alardılar. Amma belə olmadı, bu adamların çoxu real siyasi müstəvidən kənarda qaldı. O ki qaldı Rusiyaya bağlılığa, Moskva İrəvanla Bakının öz aralarında danışa bilməsindən ehtiyat edir. Kreml üçün əsas odur ki, danışıqlar alınmasın və qeyri-müəyyən müddətə uzansın. Əlbəttə, Mariya Zaxarova iddia edə bilər ki, onun ölkəsinin məqsədi bölgənin, xüsusən də Azərbaycanla Ermənistanın çiçəklənməsidir. Biz bunun nə çiçəkləri olmasının fərqindəyik, çünki onu Abxaziyanın və Cənubi Osetiyanın timsalında müşahidə edə bilirik.

Ona görə də biz də Brüssel danışıqlarına inamla yanaşırıq. Rusiya indi daha çox Ukrayna müharibəsilə məşğuldur və heç vaxt istəməz ki, bu müharibə bitənə qədər Azərbaycan-Ermənistan müstəvisində müsbət bir şey alınsın. Brüssel danışıqları isə prosesə inamla yanaşmağa sövq edir. Bütün hallarda məşhur bir məsəl var. Molla Nəsrəddin açarını itirir, di gəl, onu itirdiyi yerdə yox, başqa bir yerdə axtarır. Ondan bunun səbəbini soruşanda o, “burada işıqlıdır” – deyir.

Biz də indi dəqiq bilmirik ki, cənab Şarl Mişelin vasitəçiliyi hansı nəticələrə gətirib çıxaracaq? Amma bizə elə glir ki, o, ən azı prosesi təzədən Minsk Qrupunun çətiri altına qaytarmağa mane olacaq, - bir daha deyirik ki, Brüssel danışıqları start götürəndən belə tələblər eşidililmir. Söhbət həm də nəticələrdən gedir – danışıqların artıq müəyyən nəticələri də var. Biz Bürüssel danışıqalarına həm də ona görə çox önəm veririk ki, onlar Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirə, nəhayət, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanmasına gətirb çıxara bilər...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR