İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Ermənistan Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirə bilməz 

 

Mövcud Konstitusiyaya uyğun olaraq, Ermənistanda Avropa İttifaqına daxil olmaq məsələsi ilə bağlı referendum keçirilə bilməz.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu konstitusiya hüququ üzrə yerli ekspert Vardan Poqosyan deyib.

“Ermənistan konstitusiyasında konkret hansı məsələlərin referenduma çıxarıla biləcəyi ilə bağlı hərtərəfli ifadələr var. Əgər söhbət Ermənistanın Aİ-yə daxil olması məsələsinin referenduma çıxarılmasından gedirsə bu, çətin görünür. Çünki Ermənistan bu məsələ ilə bağlı AB-yə yaxınlaşmayıb, Birliklə müvafiq danışıqlar aparmayıb və AB-yə daxil olmaq üçün heç bir sənəd imzalanmayıb.  Bütün bu prosedurlardan əvvəl mövcud məsələ ilə bağlı referendum keçirilə bilməz”, - deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR