İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Sərvər Bəşirliyə "Vəfa ödülü" verdi - FOTO, VİDEO

Sərvər Bəşirli Türkiyədə "Vəfa ödülü" alıb. 

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə zəlzələdən zərərçəkənlər üçün humanitar yardım aparan köhnə avtomobilin sahibi Sərvər Bəşirliyə "Vəfa ödülü"nü özü təqdim edib. 

Xatırladaq ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Sərvər Bəşirlinin öz köhnə “jiquli”si ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. Əslən Laçından olan Sərvər Bəşirlinin bu yardımsevərliyi hər iki ölkə insanını göz yaşlarına boğmuşdu. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR