İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan 3 Avropa dövlətinə BUNA GÖRƏ təşəkkür etdi

Musavat.com Türkiyə TV-lərinə istinadla xəbər verir ki, Ərdoğan Fələstinin Norveç, İrlandiya və İspaniya tərəfindən tanınmasından danışıb.

Türkiyə prezidenti hər üç ölkənin rəhbərlərinə özü və xalqı adından minnətdarlığını bildirib: “Biz Fələstin Dövlətini hələ tanımayan digər ölkələri də eyni addımı atmağa çağırırıq”.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi də Avropa ölkələrinin qərarını alqışlayıb və Fələstinin tanınmasını beynəlxalq hüququn, ədalətin və vicdanın tələbi adlandırıb.

“Türkiyə daha çox ölkənin Fələstini tanıması üçün səylərini davam etdirəcək”, - deyə ölkənin Xarici İşlər Nazirliyi əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR