İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədli qəsəbəsindən şikayət: “Nəfəs ala bilmirik” - REPORTAJ

“1-ci mərtəbədə yaşayıram. Nəmişlikdən, suyun qoxusundan oturmaq olmur. Nəfəs ala bilmirik”.

Xətai rayonu, Əhmədli qəsəbəsi, Nəsrəddin Tusi küçəsi 9 ünvanında yaşayan sakinlər zirzəmiyə su yığılmasından şikayətçidir.

“Yeni Müsavat” qəzetinin əməkdaşına müraciət edən Umud Babayev deyir ki, illərdir bu vəziyyətdə yaşayırlar, tədbir görən yoxdur:

WhatsApp Image 2022-11-15 at 16.36.58 (2).jpeg (173 KB)

“Zirzəmini su basıb. Dəfələrlə müraciət etmişik ki, gəlib suyu çəksinlər, gələn yoxdur. Burada istilik borularının bəziləri partlayıb. İstilik idarəsi düzəldə bilmir. Bina 1974-ci ildən istismara verilib. 25 ildir burada yaşayıram. Bu problem həmişə var. Bir dəfə gəlib suyu çəkirlər, səhər yenə kanalizasiya axır. Kanalizasiya daim evin altına axır. Yayda ağcaqanad əlindən tərpənmək olmur. Hətta qışda da olur. Mənzil İstismar Kommunal İdarəsinə də müraciət etmişik, amma nəticə ortadadır. Biz insanıq. Nə vaxta qədər üfunətdən əziyyət çəkəcəyik?”

İbrahim İbrahimov isə ikinci mərtəbədə yaşayır:

WhatsApp Image 2022-11-15 at 16.36.57 (3).jpeg (118 KB)

“Vəziyyət biabırçıdır, deyiləsi deyil. 5 ildir bu binada yaşayıram. Müraciət etmədiyimiz qurum qalmayıb. İcra Hakimiyyətinə şəxsən şikayətimi bildirmişəm. MKİS də fikir vermir. Hər yerə zəng edib sözümüzü demişik. Borular partladığı üçün bəzi evlərə su qalxmır. Zirzəmini su basdığı üçün işləməyə düşə bilmirlər. “955” qaynar xəttinə (“Azərsu” ASC) də şikayət etmişik. Şikayətimizə baxan yoxdur”.

“Azərsu” ASC-dən “Yeni Müsavat”a bildirildi ki, problemlə bağlı Xətai rayon Sukanal idarəsinə tapşırıq verilib: “Baxış keçiriləcək, müvafiq tədbirlər görüləcək”.

WhatsApp Image 2022-11-15 at 16.36.58.jpeg (63 KB)

Xətai Rayon İcra Hakimiyyətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, şikayətdən xəbərdardırlar:

“Şikayət əsasında zirzəmiyə baxış keçirilib. Xətai rayon Sukanal idarəsinə tapşırıq verilib, suyun çəkilməsi ilə məşğul olublar. Yaxın zamanda boruların dəyişdirilməsi, əsaslı təmir nəzərdə tutulur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

WhatsApp Image 2022-11-15 at 16.36.57 (2).jpeg (350 KB)

WhatsApp Image 2022-11-15 at 16.36.57 (1).jpeg (162 KB)

WhatsApp Image 2022-11-15 at 16.36.58 (1).jpeg (74 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR