İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Milli Məclis buraxıldı, seçkilər 1 sentyabra TƏYİN olundu - CANLI

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Gündəmin ikinci mövzusu münaqişədir. Ukrayna bu gecə təşkil etdiyi dron hücumu zamanı Rusiyanın Tambov vilayətindəki neft bazasında yanğın baş verib. Tambov vilayətinin başçısı Maksim Yeqorov Teleqram kanalında itki olmadığını yazıb. Neft anbarı Tambov vilayətinin Miçurin şəhəri ərazisində yerləşir.

Yeqorovun sözlərinə görə, dərhal hadisə yerinə gələn 11 yanğınsöndürmə briqadası söndürmə işlərinə cəlb olunub. O qeyd edib ki, ən yaxın məskunlaşan ərazi 3 km məsafədədir və lazım gələrsə, sakinlər təxliyə olunacaq. “Bunun üçün hər şey hazırdır”, - deyə rayon rəhbəri əlavə edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla gündəmi dəyərləndirir.


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR