İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək - FƏRMAN

"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs "Dənizkənarı Bulvar" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilir.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla "Dənizkənarı Bulvar" QSC Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.

Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçiriləcək.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə Cəmiyyətin yenidən təşkili və ləğvi; Cəmiyyətin idarəetmə orqanlarının yaradılması; Cəmiyyətin Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi həvalə edilib.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsinə cavabdeh olacaq.

Maliyyə Nazirliyi Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR