İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli zəlzələ 281 nəfəri ÖLDÜRDÜ

Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələdən sonra dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində işlər davam edir. Təbii fəlakət nəticəsində ölənlərin sayının 281-ə yüksəldiyi açıqlanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etdiyini bildirib.

Prezidentin sözlərinə görə, zəlzələ nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. O, hazırda əsas məqsədin mümkün qədər çox insanın həyatını xilas etmək olduğunu vurğulayıb.

De la Espriella zəlzələnin ölkənin müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olduğunu bildirib. Fəlakət nəticəsində 127 bina dağılıb, 65 841 evə ziyan dəyib, 10 677 ev isə tamamilə dağılıb.

Zəlzələdə həyatını itirənlərin xatirəsinə ölkədə üç günlük milli matəm elan edilib. Hökumət evlərini itirən ailələrə kirayə dəstəyi göstəriləcəyini də açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR