DÇ 2026: Ronaldo dubla imza atdı, Portuqaliya Özbəkistana böyük hesabla qalib gəldi
Futbol üzrə dünya çempionatının K qrupunun II turunda Portuqaliya millisi Özbəkistan üzərində inamlı qələbə qazanıb.
Musavat.com xəbər verir ki, Hyuston stadionunda keçirilən qarşılaşma portuqaliyalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 6-cı dəqiqədə Kriştianu Ronaldo açıb. Ulduz hücumçu 39-cu dəqiqədə daha bir qol vuraraq dubl müəllifi olub. Digər qollara 17-ci dəqiqədə Nuno Mendes və 87-ci dəqiqədə Rafael Leao imza atıblar. Özbəkistan millisinin futbolçusu A. Xusanov isə 60-cı dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticə ilə Portuqaliya qrupda vacib üç xal qazanaraq növbəti mərhələ uğrunda mübarizədə mövqeyini gücləndirib.
***
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, oyunun 87-ci dəqiqəsində Rafael Leao fərqlənərək Portuqaliya millisinin hesabdakı üstünlüyünü daha da artırıb.
Beləliklə, Portuqaliya yığması hesabı 5:0-a çatdırıb. Kriştianu Ronaldonun dubla imza atdığı görüşdə Avropa təmsilçisi rəqibi üzərində böyükhesablı qələbəyə doğru irəliləyir.
***
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında hesab daha da artıb.
Musavat.com xəbər verir ki, oyunun 60-cı dəqiqəsində Özbəkistan millisinin futbolçusu A.Xusanov topu öz qapısından keçirib.
Avtoqoldan sonra Portuqaliya yığması üstünlüyünü möhkəmləndirib və hesabı 4:0-a çatdırıb. Portuqaliyalılar görüşdə oyuna tam nəzarət edirlər.
***
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında Kriştianu Ronaldo növbəti dəfə fərqlənib.
Musavat.com xəbər verir ki, portuqaliyalı hücumçu 39-cu dəqiqədə rəqib qapısına yol taparaq oyunda ikinci qolunu vurub.
Beləliklə, Portuqaliya millisi hesabdakı üstünlüyünü daha da artırıb və matçda rahat vəziyyətə gəlib. Ronaldo isə bu görüşdə dubl müəllifi olub.
***
DÇ 2026: Özbəkistanın qolu VAR-dan keçmədi
Futbol üzrə dünya çempionatının K qrupunda keçirilən Portuqaliya–Özbəkistan matçında Özbəkistan millisinin vurduğu qol ləğv edilib.
Musavat.com xəbər verir ki, 29-cu dəqiqədə A. Qaniyev rəqib qapısına yol tapsa da, epizod qayda pozuntusu səbəbindən etibarsız sayılıb.
Beləliklə, hesab dəyişməyib və Portuqaliya millisi Özbəkistan qarşısında 2:0 hesabı ilə üstünlüyünü qoruyur.
***
Futbol üzrə dünya çempionatının K qrupunda Portuqaliya millisi Özbəkistanla oyunda ikinci qolu vurub.
Musavat.com xəbər verir ki, Hyuston stadionunda keçirilən qarşılaşmada Nuno Mendes 17-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Beləliklə, Portuqaliya millisi matçda hesabı 2:0-a çatdırıb. Ronaldo ilə hesabı açan Avropa təmsilçisi oyunun ilk dəqiqələrindən üstün oyun nümayiş etdirir.
***
Futbol üzrə dünya çempionatının Portuqaliya–Özbəkistan oyununda ilk qol vurulub.
Musavat.com xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II tur matçında Portuqaliya millisi hesabı açıb.
Avropa təmsilçisinin heyətində 6-cı dəqiqədə Kriştianu Ronaldo fərqlənib.
Hazırda Portuqaliya Özbəkistan qarşısında 1:0 hesabı ilə öndədir.
21:00***
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Portuqaliya və Özbəkistan milliləri üz-üzə gəlir.
Musavat.com xəbər verir ki, K qrupunun oyunu ABŞ-ın Hyuston şəhərində keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Hər iki komanda qrup mərhələsində vacib nəticə qazanmağa çalışır. Matçın gedişi ilə bağlı yenilikləri təqdim edəcəyik.
ŞƏRHLƏRŞƏRH YAZ