İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Fransa 1/8 finalda! İsveç evə gedir- VİDEO

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fransa – İsveç matçı başa çatıb.

Musavat.com xəbər verir ki, Fransa millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Fransanın qollarını 45-ci və 74-cü dəqiqələrdə Kilian Mbappe, 53-cü dəqiqədə isə Bredli Barkola vurub. Fransa 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fransa – İsveç matçında üçüncü qol vurulub.

Musavat.com xəbər verir ki, Fransa millisinin hücumçusu Kilian Mbappe 74-cü dəqiqədə fərqlənərək həm dublunu rəsmiləşdirib, həm də hesabı 3:0 edib.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fransa – İsveç matçında daha bir qol vurulub.

Musavat.com xəbər verir ki, Fransa millisinin futbolçusu Bredli Barkola 53-cü dəqiqədə fərqi artırıb.

Bu qoldan sonra Fransa İsveç qarşısında 2:0 hesabı ilə önə keçib.

***

Fransa İsveçə qarşı üstün oynayır

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fransa – İsveç matçında birinci hissə başa çatıb.

Musavat.com xəbər verir ki, fasiləyə Fransa millisi 1:0 hesablı üstünlüklə yollanıb. Yeganə qolu 45-ci dəqiqədə Kilian Mbappe vurub.

İlk hissədə Fransa rəqibindən xeyli üstün olub. Fransa topa sahib olmada 72%–28%, zərbələrdə 15–3, qapıya zərbələrdə isə 6–1 üstünlük əldə edib. Künc zərbələrində də Fransa böyük fərqlə öndədir – 6–0.

Qayda pozuntularında Fransa 8, İsveç 6 dəfə cərimə olunub. İlk hissədə sarı və qırmızı vərəqə qeydə alınmayıb.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən Fransa – İsveç matçında ilk qol vurulub.

Musavat.com xəbər verir ki, Fransa millisini 45-ci dəqiqədə Kilian Mbappe hesabda önə çıxarıb.

Beləliklə, ilk hissənin sonlarında Fransa İsveç qarşısında 1:0 hesabı ilə üstünlüyü ələ keçirib. Matçın qalibi 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.

00:59***

DÇ-2026-nın 1/16 final mərhələsində Fransa və İsveç yığmaları üz-üzə gəlir.

Musavat.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

Görüşün qalibi növbəti mərhələdə Paraqvay millisi ilə qarşılaşacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

30 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR