İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı, ehtimal ki, Qəzza zolağında atəşkəs razılaşmasına yaxınlaşıblar.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı İsraildəki mənbəyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail və HƏMAS görünür, "çərçivə sazişi bağlamaq ərəfəsindədir". Mənbə qeyd edib ki, yəhudi dövlətində HƏMAS-ın son cavabının tərəflərə razılığa gəlmək üçün "ətraflı danışıqlara" başlamağa imkan verəcəyini güman edirlər.

Bununla birlikdə, CNN müqavilənin taleyinin hələ həll olunmadığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR