Onlayn ictimai-siyasi qəzet
Macarıstan hökuməti Avropa İttifaqının Ukraynaya maliyyə yardımını dayandırmasını tələb edən petisiya təqdim edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təşəbbüs ölkə miqyasında yayılıb və Aİ rəhbərliyinə ünvanlanıb. Ölkə hakimiyyəti vətəndaşları Kiyevə vəsait ayrılmasından imtinanı dəstəkləməyə çağırır.
“Biz Rusiya-Ukrayna müharibəsinə, Ukrayna dövlətinin növbəti on il ərzində fəaliyyətinə, müharibə səbəbindən kommunal xərclərin artmasına görə pul ödəməyəcəyik!” – hökumət Facebook səhifəsində bəyan edib.
Budapeşt dəfələrlə öz vətəndaşları üçün iqtisadi nəticələrini əsas gətirərək, Avropanın Ukraynaya dəstəyinin genişləndirilməsinə qarşı çıxıb.
Son 4 ildə Macarıstan hökuməti Ukraynaya qarşı saysız-hesabsız bu kimi təşəbbüslər irəli sürüb. Ancaq Aİ rəhbərliyi hər dəfə bir vasitə ilə Ukraynaya dəstək verməkdə davam edib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ