Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin avtonom və pilotsuz sistemlərin inkişafına həsr olunmuş müşavirədə ölkədə pilotsuz texnologiyaların müxtəlifliyinin diqqətçəkən səviyyədə olduğunu bildirib.
Putin qeyd edib ki, avtonom və pilotsuz sistemlərin inkişafı mövzusu hazırda dünyanın bütün aparıcı ölkələrinin diqqət mərkəzindədir və bu sahə qlobal rəqabətin əsas istiqamətlərindən birinə çevrilib.
Rusiya lideri çıxışında etiraf edib ki, ölkə pilotsuz sistemlərin bəzi istiqamətləri üzrə, o cümlədən pilotsuz taksi sahəsində bir sıra dövlətlərdən geri qalır. Bununla belə, onun sözlərinə görə, Rusiya bu sahədə liderliyə yüksəlmək üçün kifayət qədər sənaye və kadr potensialına malikdir.
Vladimir Putin hökumətə tapşırıq verərək pilotsuz və avtonom sistemlərin iqtisadiyyatın əsas sahələrində tətbiqini nəzərdə tutan tədbirlər planının hazırlanmasını istəyib.
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ