İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya bankları Ukraynaya “Qırmızı işıq” YANDIRDI

Böyük Britaniyada fəaliyyət göstərən bir sıra iri banklar 10,6 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynaya köçürülməsinə qarşı çıxır.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iri bankirlərə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərarın arxasında Böyük Britaniya hökumətinin Rusiyanın qisas tədbirləri görməsi halında kompensasiya ödənişinə getməmək istəyi durur.

Xatırladaq ki, bir müddət əvvəl "The Times" qəzeti mənbələrə istinadən bildirirdi ki, Britaniya hökuməti dondurulmuş 10,6 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya köçürməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR