İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi Allah özü hazırlayıb” deyənləri öldürdülər

Rostov təcridxanasında terrorçuluqda ittiham olunanlar girovları azad etmək üçün şərtlər irəli sürdülər, amma...

Bu gün səhər Rostovdakı 1 saylı istintaq təcridxanasında (“Ростовского централ” kimi məşhurdur) Rostovskiy təqsirləndirilən şəxslər oranın iki əməkdaşını girov götürüblər.

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rostov vilayəti üzrə Federal Penitensiar Xidmətdəki mənbələrin bildirdiyinə görə, onlar kamerada barmaqlıqları sındıraraq təcridxananın növbətçi otağına daxil olublar. Ehtimal edilirdi ki, onlar silahları da ələ keçirə bilərlər.

TURME.jpg (40 KB)

Məlum olub ki, hadisənin iştirakçıları Saipudinov (“Soyğunçuluq” maddəsi ilə ittiham olunur), Tsitskiev, Gireev, Akiyev (terror təşkilatının təşkili və fəaliyyətində iştirak) və Kamneyev soyadlı şəxslərdir.

Gireev, Tsitskiev və Akiyev 2023-cü ilin dekabrında Rusiya Federasiyasında terrorçu təşkilat kimi tanınan İŞİD üzvləri kimi həbs ediliblər. Onlar Qaraçay-Çərkəz Respublikasında terror aktı hazırlamaqda, Ali Məhkəmənin binasına hücum planlaşdırmaqda ittiham ediliblər. Gireev və Akiyev hər biri 18 il, Tsitskiev isə 18 il yarım cəza alıb. Güman ki, onlar təcridxanaya hökmdən verdikləri şikayətlərinə baxılmaq üçün gətiriliblər.

Onlar təcridxanada girov götürənlərlə video çəkiblər və təhlükəsizlik qüvvələrinin qarşısında şərtlər qoyublar. Girovlardan biri Rostov vilayəti üzrə Federal Penitensiar Xidmətin şöbə rəisi, digəri 23 yaşlı memarlıq kollecinin keçmiş tələbəsi, istintaq təcridxanasının kiçik inspektoru olub.

Videoda saqqallı, əlində bıçaq olan biri belə deyib: “Bu dəstəni uca Allah özü hazırlayıb”.

PRESSA .png (669 KB)

Hüquq-mühafizə orqanları ilə danışıqlar zamanı terrorçular avtomobil və “yaşıl dəhliz” verilməsini tələb ediblər. Cinayətkarlar girovları özləri ilə aparmaq niyyətində olduqlarını deyiblər. Çəkdikləri videoda bəyan ediblər ki, onlar yenidən həbs edilməyə yox, ölməyə hazırdırlar. Videoda yalnız bıçaq və dəyənək göstərilib, onlardan biri deyib ki, yalnız bunları tapa biliblər.

İkinci videonu çəkərkən başqa bir şəxs kadrda İŞİD-in simvolu olan bayrağı nümayiş etdirmək istəyib. O kadrlarda da terrorçuların əlində odlu silah görünməyib.

Bir neçə saat sonra təcridxananın ərazisində atışma səsləri eşidilib. Bəlli olub ki, girovların azad edilməsi üçün aparılan danışıqlar nəticəsiz qalıb və xüsusi təyinatlılara istintaq təcridxanasının binasına hücum etmək əmri verilib. 6 cinayətkarın hamısı məhv edilib. Hücum zamanı xəsarət alanların olduğu da məlum olub. Hazırda istintaq təcridxanasının ərazisində 2 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

HUQUQ .png (833 KB)

Rusiyanın cəzaçəkmə yerlərində şəraitin ağır olduğu yerlərdən biri də hadisənin baş verdiyi təcridxanadır. Rusiyalı hüquq müdafiəçiləri bildirirlər ki, hətta İctimai Nəzarət Komissiyasının üzvləri də Rostov şəhərinin “cəbhə xəttində statusu” səbəbindən istintaq təcridxanasına buraxılmırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR