İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədri GÜLLƏLƏNDİ

Fethiye bələdiyyə sədri Alim Karaca silahlı hücum nəticəsində yaralanıb.

Musavat.com xəbər verir ki, ayağından yaralanan Alim Karaca xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisədən sonra xəstəxanaya gələn Fethiye rayon rəhbəri Fatih Akkaya bələdiyyə sədrinin vəziyyəti ilə bağlı açıqlama verib.

Akkaya bildirib ki, Alim Karacanın sağlamlıq vəziyyəti yaxşıdır və narahatlığa əsas yoxdur.

Bələdiyyə sədrimizin vəziyyəti son dərəcə yaxşıdır. Həkimlərimiz peşəkardır, müdaxilədən sonra sağlamlığına qovuşacaq. Bizim əsas vəzifəmiz hadisəni törədən şəxsin ən qısa zamanda tutulmasıdır. Rayonumuzda belə hadisələrin təkrarlanmaması üçün bütün tədbirləri görəcəyik, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR