İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ-li tələbələr Britaniyada radikal təşkilata qoşulurmuş – maliyyələri kəsildi

Birlışmiş Ərəb Əmirlikləri dövlətinin hakimiyyəti tələbələrin radikallaşması riski səbəbindən vətəndaşlarının Britaniya universitetlərində təhsilini artıq maliyyələşdirməyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qərar Britaniya universitetlərində oxuduqları müddətdə tələbələrin ekstremist ideologiyaların təsiri altına düşmələri və bunun BƏƏ rəhbərliyində narahatlıq doğurmasından qaynaqlanır.

BƏƏ-də terrorçu kimi tanınan "Müsəlman qardaşları" təşkilatının fəaliyyətinə xüsusi diqqət yetirilir. Əbu-Dabi rəsmilərinin sözlərinə görə, London bu təşkilatın ölkədəki mövcudluğunu və təsirini məhdudlaşdırmaq üçün kifayət qədər tədbirlər görmür. Nəticədə həmin təşkilar BƏƏ-li tələbələri öz təəssübkeşlərinə çevirirlər.

Buna baxmayaraq, BƏƏ vətəndaşlarının öz hesablarına Böyük Britaniyada təhsil almalarını yasaqlamır. Sadəcə, hakimiyyət orqanları akkreditə olunmuş təhsil müəssisələrinin siyahısında olmayan təhsil müəssisələrinin dərəcələrinin BƏƏ-də tanınmayacağını vurğulayır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR