İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı erməni oliqarx üçün tualet kağızı: Vardanyanın ailəsi BMT-yə müraciət etdi

İnformasiya məkanında yenidən Ruben Vardanyan GÜNDƏM olub. Bu dəfə tualet kağızı mövzusu ilə.

RUBİKO.jpg (255 KB)

Separatçı - təxribatçı oliqarxın oğlu David Vardanyan Telegram-da gözyaşardıcı mətn yerləşdirib: sən demə, yazıq Ruben Karlenoviçi cəza kamerasına salıblar, onu yuxudan və sudan məhrum ediblər, ailəsi ilə ünsiyyətə qadağa qoyublar, paltarlarını dəyişməyə imkan və ...tualet kağızı verməyiblər. İndi isə oliqarxın ailə üzvləri “bu işgəncələrin onun fiziki və psixi vəziyyətinə necə təsir etdiyini” hesablamağa çalışırlar. Onlar “beynəlxalq hüquqşünaslarla” birlikdə nə az, nə çox, düz BMT-nin işgəncələrə dair xüsusi məruzəçisinə daha bir epistolyar isteriya yazırlar.

Ruben Vardanyanın oğlu David isə tələb edir: “Biz BMT-ni Azərbaycan hökumətini məsuliyyətə cəlb etməyə və atamın həyatını qorumağa kömək etməyə çağırırıq”.

RUBA SON .png (677 KB)

Təbii ki, mifik “işgəncələrə” dair heç bir sübut təqdim edilməyib: dünya ictimaiyyəti “təlimat”a inanmağa dəvət olunur - “əgər erməni Azərbaycan həbsxanasındadırsa, o, mütləq işgəncələrə məruz qalacaq”. Bir sözlə, “udka” buraxmaq (“ördəkləmək”) elə bir dezinformasiya növüdür ki, onu təkzib etmək belə əhəmiyyətsizdir.

Hər şey çox yöndəmsiz və primitivdir, heç inandırıcı deyil.

...İroniyanı bir kənara qoysaq: Vardanyanın ailəsi doğrudanmı gözləyir ki, BMT-nin xüsusi məruzəçisi Ruben Karlenoviç üçün istintaq təcridxanasına tualet kağızını şəxsən çatdıracaq? Və dünya bu əməliyyatı “Ruben Vardanyanın həyatını xilas etmək” adlandıracaq?

Ən əsası isə Vardanyanın azadlığa buraxılıb-qalmayacağına Bakı məhkəməsi qərar verəcək. Onlar artıq onun Qarabağdakı bütün “yaradıcılığını” nəzərə alacaqlar: silah qaçaqmalçılığından tutmuş partizan çağırışlarına, yəni terror müharibəsinə, Azərbaycan hakimiyyəti ilə erməni icması arasında dialoqu sabotaj etməyə qədər və s.

RUBA YENİ.jpg (64 KB)

***

Məlumat Minval.az saytının siyasi şərhçisi Nurani xanımın məqaləsindən götürülüb.

Yazının tam versiyası BURADA: https://minval.az/news/124400305

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR