İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı polisi hər yerdə bu qızı axtarır - FOTO

Bakıda 21 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 21 yaşlı Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012 )590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR