İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı sevən qələm sahibi – Umud Mirzəyev 65 yaşını qeyd edir

Bu gün Azərbaycan Mətbuat Şurasının üzvü, şair-publisist, ictimai xadim, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhim oğlu Mirzəyevin doğum günüdür. Onun 65 yaşı tamam olur. 

Qeyd edək ki, Umud Rəhim oğlu Mirzəyev 1961-ci ilin fevral ayının 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib.

mud.jpeg (527 KB)


O, 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və "Marşal" Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür.

BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır.

Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar "Seçki-2008" Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib.

Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətininin üzvüdür.

umud.jpg (25 KB)


Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Fondun Müşahidə Şurasının sədridir.

Ailəlidir, üç övladı var.

Umud Mirzəyevi 65 illik yubileyi münasibətilə "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu və kollektiv adından təbrik edirik.

163817.jpg (48 KB)


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR