İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası keyfiyyətsiz Çin mallarından qorunmaq üçün bu addımı atacaq

Avropa Komissiyası (AK) keyfiyyətsiz məhsulların axınının qarşısını almaq üçün Çin onlayn pərakəndə satıcıları tərəfindən satılan ucuz mallara gömrük rüsumları tətbiq etmək planı hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Financial Times yayıb.

Qəzetin mənbələri bildiriblər ki, bu ayın sonunda AK idxal rüsumlarından azad olan malların dəyərinə tətbiq edilən 150 dollarlıq həddi aradan qaldırmağı təklif edəcək. Mənbələrdən biri qeyd edib ki, bu tədbir xüsusilə Temu, AliExpress və Shein kimi Çin onlayn platformalarının satışını məhdudlaşdırmağa yönəlib. Bununla belə, bu, birbaşa Avropa istehlakçılarına mal tədarük edən bütün digər onlayn pərakəndə satış şirkətlərinə də təsir edəcək.

AK-nin məlumatına görə, ötən il Aİ ölkələrinə dəyəri 150 avroya qədər olan təxminən 2,3 milyard ədəd mal tədarük edilib.

AK-nin mümkün addımını şərh edən Temu, platformanın böyüməsinin ucuz məhsullarla bağlı olmadığını və şirkətin bu siyasətlər ədalətli olduğu müddətcə "qanunvericilər tərəfindən istehlakçıların maraqlarına cavab verən hər hansı siyasət dəyişikliyinə açıq və tərəfdar olduğunu" açıqlayıb.

AliExpress-dən qeyd edilib ki, "AB bazarının tələblərinə cavab vermək və cavab verməyə davam etmək" üçün tənzimləyicilərlə işləyir. FT qeyd edir ki, Shein də gömrük rüsumu islahatları tədbirlərini "tam dəstəklədiyini" açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR