İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrasiya İttifaqında ƏN ÇOX QAZANAN ölkə

“Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiya çərçivəsində demək olar ki, ən çox qazanan dövlət olub. Böyük ölçüdə Aİİ və Rusiya ilə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan artıq ikinci ildir ki, iqtisadi artım templərinə görə dünya liderləri sırasındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan Aİİ-də: Avrasiya iqtisadi inteqrasiyasının reallıqları və perspektivləri” mövzusunda keçirilən konfrans zamanı deyib.

Səfirin iddiasına görə, Avrasiya İqtisadi İttifaqının mövcudluğunun on illik nəticələri dünyada çox çətin vəziyyətə və Birliyə üzv ölkələrin üzləşdiyi problemlərə baxmayaraq, çox müsbətdir:

“Bu gün Aİİ səmərəli inteqrasiya strukturuna çevrilib, onun fəaliyyəti bu Birliyin iştirakçılarının hər birinə konkret iqtisadi fayda gətirir. İqtisadi göstəricilər də bundan xəbər verir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR