İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürk Mədəniyyət Mərkəzindən Ayasofya məscidinədək heyrət dolu səyahət - VİDEO, FOTOLAR

Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir qrup media təmsilçisi qardaş ölkəyə səfər edib.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı səfərə Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən media mənsubları da dəvətlidir. Qardaş Türkiyə türk dövlətlərinin təmsilçilərini növbəti dəfə bir araya gətirib. Bursa şəhərində düzənlənəcək Qorqud Ata Film Festivalına qatılacaq mətbuat nümayəndələri bir gün İstanbul şəhərində oldular, dünyanın ən gözəl və möhtəşəm meqapolislərindən, rəsmi olaraq 16 milyon, faktiki 20 milyon insanın yaşadığı, tarixi abidələrlə zəngin şəhərdə bir sıra gəzməli-görməli yerlərdə oldular.

Öncə jurnalistlər Atatürk Kültür Mərkəzində oldular. Mərkəz 1972-ci ildə yaradılsa da, 2021-ci ildə yenidən inşa edilib. 3 böyük konsert salonu, 15 min kitabın olduğu kitabxana, sərgi salonları, sənət qalareyası olan mərkəz möhtəşəmdir və turistlərin daim maraq dairəsindədir.

İstanbulun məşhur Taksim meydanında insan izdihamı var. Buraya axın edənlərin sayı bu günlərdə daha da çoxalıb, Türkiyə Cümhuriyyəyinin yaranmasının 99 illiyi və 100-cü ildönümünə doğru artıq gerisayımın başladığı günlərdə. İstiqlal caddəsində də eyni mənzərəni izləmək olur, dünyanın dörd bir tərəfindən axışan insanlar üçün bu ünvanın öz yeri var.

Noyabrın ilk günləri İstanbulda möhtəşəm hava var. Füsunkar şəhəri bu atmosfer turistlər üçün daha cəlbedici edir. İstanbul boğazında üzən irili-xırdalı gəmilər, gecənin aydınlığına rəngarəng işıqları ilə öz töhfəsini verən unikal asma körpülər, tramvaylar, tarixi qalalar, məscidlərdən ucalan azan sədaları, ümumən hər şey bu şəhəri adama təkrar-təkrar sevdirir. İstanbul Bakı kimi, tarixiliyi ilə müasirliyi harmoniya təşkil edən şəhərdir. Amma burada müasir tikililəri daha çox şəhərin ucqarlarına “sıxışdırır”lar. Özü də möhtəşəm tikililərdir…

Atlas Sinema Muzeyi keçən il yaradılıb. Burada Türkiyənin kino tarixinə aid qiymətli və heyrət yaradan eksponatları, həmçinin ilk kino nümunələri toplanıb. Ən maraqlısı isə kuar koda yaxınlaşmaqla filmi dərhal izləmək imkanının yaradılmasıdır. 4 qatlı bina Osmanlı imperiyası zamanı bir erməniyə məxsus olan bu mülkü Osmanlıya bağışlayıb və Avropaya köçüb. Tolerantlıq nümunələrini daim yaşadan Türkiyə dövləti bu faktı heç zaman gizlətmir və bələdçilər məmnuniyyətlə qonaqlara çatdırır.

Türk dövlətlərindən gəlmiş heyət üzvlərinin növbəti dayanacağı tarixi Ayasoiya camisi oldu. Ayasofya və ya Müqəddəs Sofiya məbədi əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilib. Unikal memarlıq abidəsi ziyarətçilərlə dolub-daşır. Təqribən bir km-lik növbə var idi məscidə keçənlərdən ibarət. Dünyanın demək olar ki, hər yerindən axışıb gəliblər. Qısa müddət muzey kimi istifadə olunanda Türkiyənin büdcəsinə xeyli vəsait qazan. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Ayasofya hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (Ayasofya Kebir Camii) adlanır. Bu unikal memarlıq nümunəsi bir neçə dəfə kilsə-məscid-muzey taleyi yaşayıb. 989-cu ildə dağılan gümbəzi 994 - də bərpa edilib. 1453 - cü ildə məscidə çevrilib. 1934 - cü ildə muzeyə çevrilib.

2020 - ci ildə yenidən Məscid həyatı başlayıb. Mühafizəçilərdən öyrənirik ki, Ayasofiyanı gün ərzində 40-50 min ziyarətçi ziyarıt edir. Təsəvvür edin, qardaş ölkə iki il öncəki qərarı ilə çox böyük vəsaitlərdən imtina etmiş olub, Allahın evini ziyatətçilərin üzünə taybatay açmaqla.

532-537-ci illərdə tikilən Ayasofyanın uzunluğu 82 metr, eni 73 metrdir. 4 minarəsi, 1 günbəzi var. İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintdə istifadə edilib. Ayasofyanın 1475 illik tarixinə dair xeyli əfsanələr var. Hətta“Ayasofya əfsanələri” adlı kitab da nəşr olunub. Məlumata görə, məbədin təməli 70 metrdir. Binanın təməlinin möhkəm olması üçün qızıl və gümüş doldurulub. Gündə min usta və on min işçinin çalşması ilə 5 il 11 ay 10 günə inşaat başa çatmışdır. Aya Sofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənmişdir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.

Sarayla Ayasofya arasında gizli keçid olub. Dalğaların binanı aşındırmaması üçün bina sütunlar üzərində qurulub.

Ayasofyanın ümumilikdə 361 qapısı var. Bunların 101-i böyük və tilsimlidir. Bəzi qapılar iddiaya görə, Nuhun gəmisinin taxtalarındandır. Rəvayətə görə, Fateh Sultan Mehmet İstanbulu mühasirəyə alsa da hələ tuta bilməmişdi. Bir gün o məbədin qübbəsində nur görüb. Məlumata görə, bu mənzərə əsgərləri də ruhlandırıb i və bir neçə gün sonra İstanbul fəth efilib. Fateh Sultan daha sonra “bu qübbə peyğəmbərin ağız suyu ilə dayanır” deyərək içəriyə böyük qızıl top asdırıb. Minarələri isə Memar Sənan təmir etdirib. Memar Sənanın layihəsinə görə, 3 nəfər birlikdə minarənin içi ilə bir-birini görmədən gəzə bilər. Ayasofya məscidə çevriləndən sonra içinə bir çox İslam motivi yerləşdirilib. İçəridə Allah, Məhəmməd, Əbubəkr, Ömər, Osman, Əli yazılan 7,5 metrlik iri lövhələr asıldı. Bu lövhələr 1935-ci ildə bura muzeyə çevriləndə sökülüb. Lakin onları zamanında məscidin içərisində yığıldıqları və çox iri olduqları üçün qapıdan çıxarmaq mümkün olmayıb. Xristian elementləri də olduğu kimi saxlanılır, məscid olsa belə. Divarda İsa Məsih Məryəm Ananın qucağında, imperator Konstantin və digər kadrlar əks olunub yüz illər öncə, olduğu kimi saxlanılır.

Məscidin həyətində 3 Sultan və 159-yədək uşaq dəfn edilib, onlar da böyük sayğı ilə əhatə olunub, ziyarətçilərin üz tutduğu müqəddəs məkana çevrilib.

Səfərdə qonaqlara böyük sayğı göstən bələdçimiz, Türkiyə Turizm Agentliyinin əməkdaşı Berkan Taşan bu, müqəddəs ünvanla bağlı TV Musavata özəl açıqlamalar verdi, Azərbaycana salamlarını söylədi.

Elşad Paşasoy,
Musavat.com
İstanbul

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR