İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək.

ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR